İcazəsiz söküntü, köçürmə, bərpa və digər müdaxilələrə görə daha sərt cəza tətbiq olunacaq.
Modern.az xəbər verir ki, bu məsələ Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə Mədəniyyət komitəsinin birgə iclası zamanı müzakirə edilən qanun layihələrinə dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, mühafizə dərəcəsi tətbiq olunmuş mədəni sərvətlərin sökülməsi, parçalanması, yeni qurğu salınması, başqa yerə köçürülməsi,zahiri görkəminin dəyişdirilməsi, onların təhlükəsizliyinə xələl gətirə biləcək tikinti və digər işlərin aparılması ica hakimiyyətinin müəyyən etdiyi orqanla razılaşdırılmadan həyata keçirilərsə fiziki şəxslər 6 min manat, vəzifəli şəxslər 10 min manat, hüquqi şəxslər 30 min manat cərimə olunacaq.