Modern.az

Abidələrin qorunması tələblərini pozanlara yeni cəzalar

Abidələrin qorunması tələblərini pozanlara yeni cəzalar

Parlament

5 Dekabr 2025, 11:00

Tarix və mədəniyyət abidələrinin qorunması tələblərinin pozulmasına görə cəzalar sərtləşdirilir

Modern.az xəbər verir ki, bu məsələ Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə Mədəniyyət komitəsinin birgə iclası zamanı müzakirə edilən qanun layihələrinə dəyişiklikdə öz əksini tapıb.

Yeni qanun layihəsinə əsasən, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunun tələblərinin pozulmasına görə fiziki şəxslər 700 manat, vəzifəli şəxslər 1 400 manat, hüquqi şəxslər 10 min manat cərimə ediləcək.

Ziyan vurulduqda cəza daha da artıracaq. Belə ki,  görülən iş nəticəsində mədəni sərvət korlanarsa və “az miqdarda ziyan” (3 min manatdan çox olmayan məbləğ) vurularsa fiziki şəxslər 5 min manat, vəzifəli şəxslər 10 min manat, hüquqi şəxslər 30 min manat cərimələnəcək.

Sizə yeni x var
Keçid et
DTX Əli Kərimliylə bağlı buna icazə verdi