Modern.az

Prezident elmi ictimaiyyətin üzərinə yeni vəzifələr qoyub - SPİKER

Prezident elmi ictimaiyyətin üzərinə yeni vəzifələr qoyub - SPİKER

Parlament

8 Dekabr 2025, 11:16

Prezident İlham Əliyevin AMEA-da Azərbaycan dili ilə bağlı səsləndirdiyi fikirlər elmi ictimaiyyətin üzərinə yeni vəzifələr qoyub.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilən konfransda spiker Sahibə Qafarova deyib. 

Spiker bildirib ki, parlamentdə keçirilən konfransın əsas məqsədi Azərbaycan dilinin qorunması istiqamətində elmi ictimaiyyətin və ziyalıların mövqeyini müəyyən etməkdir. 

“Azərbaycan dilinin qorunması, müasir texnologiyalara inteqrasiyası dövlət strategiyasının prioritetlərindəndir”.

Prezidentin Azərbaycan dili ilə bağlı çağırışı göstərir ki, bu, bütün cəmiyyətin üərinə düşən milli məsələdir:

“Azərbaycan dili inkişaf edir, lakin qlobal proseslər qarşıya yeni hədəflər qoyur. Bu mənada, dillə bağlı sistemli yanaşmaya ehtiyac var. Dilimizin qarşısında müasir dinamikadan doğan yeni çağrışlar dayanır. Bu çağırışlar içərisində dilin saflığının qorunması, terminologiyaların elmi əsaslarla yenilənməsi və sairi qeyd etmək olar”. 

Spiker Azərbaycan dili ilə bağlı siyasətin yeni mərhələsində əsas hədəfləri də açılayıb:

“Təhsildə müasir metod və texnologiyalarla tədris, mediada ədəbi dil normalarına riaəytin gücləndirilməsi, Azərbaycan dilinin dünya elmi və mədəni sferasında  nüfuzunun artırılması, süni intellektə inteqrasiya və sair burada prioritelərdir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyayla ABŞ birləşib Avropanı dağıdacaq - Bu ölkədən ŞOK XƏBƏRDARLIQ