Modern.az

Komitə sədri: Atalıq məzuniyyəti ailə büdcəsinə yükdür

Komitə sədri: Atalıq məzuniyyəti ailə büdcəsinə yükdür

Parlament

16 Dekabr 2025, 13:16

Milli qanunvericilikdə uşağın dünyaya gəlməsi ilə bağlı atalara 14 təqvim günü müddətinə ödənişsiz məzuniyyət hüququ verilir. Lakin biz görürük ki, təcrübədə heç bir ata bu hüquqdan istifadə etmir.

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin plenar iclasında çıxış edən Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.

Onun sözlərinə görə, atalar ödənişsiz məzuniyyət ailə büdcəsinə əlavə təzyiq yaratdığı üçün bu hüquqdan istifadə etmir.

“Ata yalnız ailənin, uşağın maddi ehtiyaclarını deyil, həm də mənəvi, psixoloji, sosial - mədəni ehtiyaclarını qarşılamalıdır.  Təcrübə göstərir ki,  belə bir məzuniyyətin tətbiqi  və ataların  uşağın qayğısında, təlim-tərbiyəsində iştirakı  həm ailə daxili münasibətlərə, həm də uşağın şəxsiyyət kimi formalaşmasına müsbət təsir göstərir.  Analığın müdafiəsinin gücləndirilməsi, hamilə qadınların analıq məzuniyyətinin  yenidən hesablanması ilə bağlı əlavə və dəyişikliklər də  müsbət bir haldır. Ailə məsuliyyətinin, ailə vəzifələrinin ədalətli bölüşdürülməsi —   həm qadınların, həm də kişilərin potensialını tam istifadə etməsi üçün maneələrin aradan qaldırılması deməkdir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır