Modern.az

Elektron siqaret öldürür!

Elektron siqaret öldürür!

Parlament

16 Dekabr 2025, 22:09

Elektron siqaretlər, xüsusilə də tərkibində qızdırılaraq istifadə olunan mayelər insan sağlamlığı üçün ciddi risklər yaradır. Bu vasitələr qızdırıldıqdan sonra yaranan aerozollar ağciyərlərin daha dərin qatlarına nüfuz edir və uzun illər ərzində ağır, geri dönüşü olmayan fəsadlara səbəb ola bilir. Artıq dünya elmi və klinik təcrübələr bu təhlükələri açıq şəkildə elan edir. Xüsusilə ABŞ-ın son statistik məlumatlarında elektron siqaret istifadəsindən ortaya çıxan ciddi sağlamlıq problemləri, hətta ölüm halları qeydə alınıb.

Modern.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib.

Onun sözlərinə görə, ən böyük risklərdən biri bu məhsulların yeniyetmələr arasında sanki zərərsiz bir vərdiş və ya təhlükəsiz vasitə kimi təqdim olunmasıdır.

“Aparılan araşdırmalar göstərir ki, elektron siqaretlərdən istifadə səviyyəsi uşaqlar arasında, xüsusən 12–15 yaş arasında yetkinlərlə müqayisədə 8–9 dəfə daha yüksəkdir. Bu isə gələcək üçün ciddi sağlamlıq təhlükələrinin yaranacağını göstərir. Bu səbəbdən Dünya Səhiyyə Təşkilatı da qlobal statistik göstəriciləri və mümkün riskləri nəzərə alaraq bütün ölkələrə elektron siqaretlərlə bağlı vaxtında və təsirli mübarizə tədbirlərinin görülməsini tövsiyə edir”, - deyə deputat əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır