Modern.az

Həkimlərin hərbi xidmət müddətinin azaldılsın! - TƏKLİF

Həkimlərin hərbi xidmət müddətinin azaldılsın! - TƏKLİF

Parlament

23 Dekabr 2025, 13:03

Hamımız yaxşı bilirik ki, bu gün ölkəmizdə hərbi çağırış zamanı həkimlər də digər vətəndaşlar kimi orduya çağırılır. Lakin nəzərə almaq lazımdır ki, bir həkimin bir neçə ay və ya daha uzun müddət səhiyyə sistemindən tamamilə ayrılması, yalnız onun şəxsi karyerasına deyil, həm də səhiyyə xidmətinin davamlılığına mənfi təsir göstərir.

Modern.az-ın məlumatına görə bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Rəşad Mahmudov deyib.

Deputat qeyd edib ki, bu sahədə Türkiyə, Cənubi Koreya, İsrail kimi ölkələrin təcrübəsinə nəzər saldıqdaorada tibb sahəsində çalışan mütəxəssislərin hərbi xidməti fərqli əsaslarla, daha qısa müddətli, ixtisaslarına uyğun və dövlət ehtiyaclarına cavab verəcək şəkildə təşkil olunduğunu görərik. Bu da həkimlərin karyera fasiləsi vermədən, həm xidmət, həm də peşə fəaliyyətlərini balanslaşdırmalarına imkan yaradır.

“Düşünürəm ki, biz də bu istiqamətdə klassik yanaşmalardan çıxaraq, peşəkar və effektiv xidmət modelinə keçid edə bilərik. Məqsəd heç də hansısa peşə qrupuna güzəşt etmək deyil, dövlətin ehtiyaclarını daha rasional şəkildə qarşılamaq, tibbi kadrların davamlılığını təmin etmək və ordu üçün də peşəkar tibbi xidmətin əlçatanlığını artırmaqdır”.

R. Mahmudovun sözlərinə görə, statistikaya əsasən, tibbi fakültələri bitirən məzunların bir qismi hərbi xidmətlə bağlı yaranan karyera fasilələri səbəbindən ölkəni tərk edir və fəaliyyətlərini xarici ölkələrdə davam etdirirlər. Bu isə ölkəmiz üçün ciddi kadr itkisinə səbəb olur.

“Hesab edirəm ki, bu məsələ gələcəkdə də daha geniş müzakirələrə çıxarılmalı və aidiyyəti qurumlarla birlikdə optimal həll yolları işlənməlidir. Bu dəyişikliklər həm milli təhlükəsizlik maraqlarına cavab verir, həm də səhiyyə sisteminin davamlılığı baxımından müasir dövrün tələblərinə uyğun bir addımdır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır