Modern.az

Cevdet Yılmaz: Zəngəzur dəhlizi türk dünyasını Avropa ilə birləşdirəcək

Cevdet Yılmaz: Zəngəzur dəhlizi türk dünyasını Avropa ilə birləşdirəcək

Parlament

23 Dekabr 2025, 17:43

Bu gün MÜSİAD Azərbaycan 5-ci Ümumi Yığıncağının bağlanış tədbiri keçirilib.

Tədbirdə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz da iştirak edib.

Modern.az xəbər verir ki, Türkiyənin vitse-prezidenti jurnalistlərə açıqlamalar verib.

C.Yılmaz ilk növbədə özəl sektorun vacibliyindən danışıb:

“Dövlət olaraq, bizim vəzifəmiz ticarət üçün uyğun şərait yaratmaqdır. Ticarəti inkişaf etdirən, investisyalar qoyan və əlaqələri irəliyə aparan özəl sektordur. Bu gün özəl sektorun iki vacib tədbirinə- II Azərbaycan-Türkiyə İnvestisiya Forumuna və MÜSİAD Azərbaycanın 5-ci Ümumi Yığıncağına qatıldıq. İş dünyası bir araya gəldikcə və ortaq layihələr həyata keçirildikcə əlaqələr, ticarət inkişaf edir, investisiyalar artır. Sadəcə iki ölkə arasında ticarət əlaqələri kifayət etmir. İş dünyasının nümayəndələri bir araya gələrək, başqa ölkələrdə də müştərək çalışıb, layihələr həyata keçirməlidir. Oluqca gözəl işlər görüldü. Mən cənab Baş nazir Əli Əsədovla, bütün Azərbaycan rəsmilərinə, nazirlərə qonaqpərvərliklərinə, yaratdıqları gözəl şəraitə görə təşəkkürlərimi bildirirəm. Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan və cənab Prezident İlham Əliyevə bizə liderlik etdiklərinə və ortaya qoyduqları güclü vizyona görə təşəkkür edirəm. Bizə düşən də daha çox çalışmaqdır”.

Vitse-prezident sadələşdirilmiş ticarətlə bağlı məsələyə də toxunub:

“Sadələşdirilmiş ticarətlə bağlı müəyyən addımlar atılıb. Dünən imzalanan fəaliyyət planında bu prosesi daha irəliyə aparmaq və bu istiqmətdə qurumlarımızın çalışması yönündə razılaşdıq. Qurumlarımız texniki işləri həyata keçirəcəklər. Təbii ki, məqsədimiz ticarətin daha da sərbəst hala gəlməsidir. Amma bu mövzuda iki ölkənin qurumları öz aralarında çalışacaqlar”.

Cevdet Yılmaz Zəngəzur dəhlizinin stratejik əhəmiyyətindən də bəhs edib:

“Zəngəzur dəhlizi çox stratejidir. Dəhliz yalnız Azərbaycanla Naxçıvan və ya Azərbaycanla Türkiyə arasında yox, Türkiyə və Azərbaycanla türk dövlətləri, Avropa arasında çox daha güclü bağlara gətirib çıxaracaq. Tezliklə  infrastruktur işlərinin tamamlanması bütün bölgənin rifahına və və stabilliyinə güc verəcək. Qarabağın işğaldan azad olduğu bir vəziyyətdə sülhün də hazırlanan yol xəritəsi ilə baş tutmasını arzulayırıq. Həm sülh, həm də  yeni infrasturkturlarla Cənubi Qafqaz çox daha inkişaf etmiş region olacaq. Eyni zamanda fərqli bölgələr arasında əlaqələr baxımından da çox daha mühüm rol oynayacaq”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır