Modern.az

Milli Məclisin payız sessiyasının yekunları AÇIQLANDI

Milli Məclisin payız sessiyasının yekunları AÇIQLANDI

Parlament

30 Dekabr 2025, 12:43

Milli Məclisin nümayəndə heyətləri 17 ölkəyə səfər etmiş, bunlardan 4-ü rəsmi, 13-ü işgüzar xarakter daşıyır. Həm Milli Məclisin rəhbərliyinin, həm də deputatların bu səfərləri zamanı dövlətimizin xarici siyasətinin parlament səviyyəsində dəstəklənməsi məqsədilə parlament diplomatiyasının imkanlarından istifadə olunub.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin spikeri Sahibə Qafarova ilin və parlamentin payız sessiyasının sona çatması ilə bağlı çıxış edərkən bildirib

Spiker bildirib ki, deputatlarımız Belarus və Rumıniyada keçirilmiş prezident seçkilərini, Tacikistan, Moldova və Qırğızıstanda keçirilmiş parlament seçkilərini müşahidə ediblər.

Bildirilib ki, hesabat dövründə 61 ölkə və 20 beynəlxalq təşkilatın nümayəndə heyətləri olmaqla, ümumilikdə 1.283 xarici qonaq Milli Məclisdə olub. Milli Məclisin rəhbərliyi 4 ölkənin dövlət başçıları, 27 ölkənin parlament rəhbərləri və sədr müavinləri, 5 beynəlxalq təşkilatın rəhbərləri, 6 ölkənin icra hakimiyyəti nümayəndələri, 9 ölkənin ombudsmanları və 16 ölkənin Azərbaycandakı səfirləri ilə görüşlər keçirilib.

Qeyd olunub ki, Qoşulmama Hərəkatının 4-cü Parlament Konfransında bu hərəkatın üzvü olan ölkələrin parlamentlərindən və beynəlxalq təşkilatlardan 48 nümayəndə heyəti, 280-dən çox iştirakçı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının tədbirində isə 10 üzv ölkənin parlamenti və 8 beynəlxalq təşkilatdan 115 nəfərə yaxın nümayəndə iştirak edib.

Sonda o da vurğulanıb ki, Milli Məclisin beynəlxalq fəaliyyəti və 2025-ci ildəki uğurları parlament diplomatiyasının gücləndirilməsi baxımından önəmli mərhələ olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ