Modern.az

Deputatların məzuniyyəti başa çatdı

Deputatların məzuniyyəti başa çatdı

Parlament

16 Yanvar 2026, 09:09

Deputatların məzuniyyəti başa çatıb.

Modern.az xəbər verir ki, bu gündən Milli Məclisdə komitə iclasları keçiriləcək.

Bu gün saat 11:00-da Ailə, qadın və uşaq məsələləri, saat 14:00-da isə Regional məsələlər komitəsinin iclası keçiriləcək.

Qeyd edək ki, Konstitusiyaya uyğun olaraq Milli Məclis hər il iki növbəti yaz və payız sessiyalarına yığılır.Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyulun 15-dən avqustun 30-dək və yanvarın 1-dən 15-dək tətilə buraxılır.

Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır