Modern.az

Azərbaycanda film çəkənlərə xərclərinin bir hissəsi qaytarılacaq

Azərbaycanda film çəkənlərə xərclərinin bir hissəsi qaytarılacaq

Mədəniyyət

19 Yanvar 2026, 14:00

Azərbaycanda xarici və birgə istehsal filmləri üzrə çəkilmiş xərclərin müəyyən qaydalara uyğun olaraq qismən geri ödənilməsi nəzərdə tutulur. 

Modern.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin Mədəniyyət komitəsində müzakirə edilən “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Layihədə həmçinin xarici prodüserlərin Azərbaycanda film istehsalına cəlb edilməsi dövlət siyasətinin ayrıca istiqaməti kimi təsbit olunur. 

Qanun layihəsi ilə yeni anlayışlar da qanunvericiliyə daxil edilir və terminoloji baza genişləndirilir. Belə ki, aşağıdakı anlayışlar ilk dəfə hüquqi mətnə salınır:

Milli film – xarici film hesab edilməyən və bu Qanunun 4-cü maddəsində göstərilən tələblərə cavab verən film;
Xarici film – bütövlükdə xarici prodüser (prodüserlər) tərəfindən istehsal edilən film;
Birgə istehsal filmi – yerli və xarici prodüserlərin birgə istehsalı olan film;
Xarici prodüserlərin birgə istehsalı hesab edilməyən film – xarici prodüserlər tərəfindən istehsal olunan film;
Film istehsalı – film çəkilişinə hazırlıq, filmin çəkilişi və çəkilişin tamamlanması mərhələlərini özündə əhatə edən proses;
Film çəkilişinə hazırlıq – filmin ideyasının yaranması, konsepsiyasının hazırlanması, ssenarinin yazılması və film çəkilişi məqsədi ilə digər inzibati və texniki məsələlərin həlli ilə əlaqədar işləri əhatə edən proses;
Film çəkilişi – filmin bilavasitə kinolenta və ya digər daşıyıcıya çəkilişini təmin edən fəaliyyətlər;
Filmin post-istehsalı – çəkilmiş kadrların redaktəsi, filmin vizual, səs və rəng işləmələri, effekt, titr və qrafik tərtibatını əhatə edən proses;
Yerli prodüser – Azərbaycan Respublikasının vətəndaşı və ya qanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş hüquqi şəxs olan prodüser;
Xarici prodüser – əcnəbi vətəndaş və ya vətəndaşlığı olmayan şəxs, yaxud xarici hüquqi şəxs olan prodüser.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır