Modern.az

İTV Yayım Şurasına 6 namizəd var - ADLAR

İTV Yayım Şurasına 6 namizəd var - ADLAR

Media

19 Yanvar 2026, 14:02

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına Rəşad Rəsullu, İlahə Qədimova, Salman Musayev, Simran Həsənov, Həcərxanım Babayeva və Aytən Babayevanın namizədliyi irəli sürülüb. 

Modern.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən İctimai  Televiziya  və  Radio  Yayımları  Şirkəti  Yayım  Şurasının üzvlüyünə  namizədlikləri  irəli  sürülmüş  şəxslərin  seçilməsi məsələsinin müzakirəsi zamanı bildirilib.

2025-ci ildə keçirilmiş iclasların nəticələrinə əsasən İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına namizədlər müəyyənləşdirilib. Belə ki, idman federasiyaları tərəfindən Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu və şahmat üzrə qadınlar yığma komandasının kapitanı İlahə Qədimova namizəd kimi irəli sürülüb. Dini konfessiyalar tərəfindən Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev və qurumun Aparat rəhbəri Simran Həsənov Yayım Şurasına namizəd göstərilib. Yaradıcılıq təşkilatları isə Bəstəkarlar İttifaqının İdarə heyətinin üzvü Həcərxanım Babayeva və Azərbaycan Milli Konservatoriyasının dosenti Aytən Babayevanı namizəd kimi təqdim edib.

Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına idman federasiyaları, dini konfessiyalar və yaradıcılıq təşkilatları tərəfindən irəli sürülmüş namizədlər arasından hər təşkilatdan bir nəfər olmaqla, 6 il müddətinə təsdiq edilir. 
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır