Modern.az

“Körfəz Nobeli” – İlham Əliyevin sülh təşəbbüslərinə verilən tarixi qiymət

“Körfəz Nobeli” – İlham Əliyevin sülh təşəbbüslərinə verilən tarixi qiymət

Parlament

19 Yanvar 2026, 21:58

Birləşmiş Ərəb Əmirliklərinin təşkil etdiyi Zayed İnsan Qardaşlığı Mükafatının qalibləri müəyyən olub. 2026-cı ilin qalibləri arasında Azərbaycan lideri İlham Əliyev də yer alır.

Təşkilat buna səbəb kimi Azərbaycanla Ermənistan arasında 8 avqust tarixli Vaşinqton görüşündə əldə edilən tarixi sülh razılaşmasını göstərib.

"Körfəz Nobeli" adlandırılan bu mükafat Qafqazda onilliklər ərzində davam edən münaqişəyə və humanitar əzablara son qoyan - “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in paraflanmasına görə verilib.

2026-cı ilin mükafatçıları dialoq və birgəyaşayış sahəsində tanınmış şəxslər və mütəxəssislərdən ibarət müstəqil beynəlxalq münsiflər heyəti tərəfindən seçilib.

Milli Məclisin deputatı Sahib Alıyev Modern.az-a bildirib ki, “Zayed İnsan Qardaşlığı Mükafatı” dünyada sülh və dinc yanaşı yaşama prinsiplərini təşviq edən şəxslərlə qurumlara verilir:

“Azərbaycan Prezident cənab İlham Əliyev isə nəinki bu prinsipiləri təşviq, həm də beynəlxalq konyukturaya, bir sıra dövlətlərin açıq maneçilik cəhdlərinə rəğmən bizim regionda tətbiq etməyi bacaran liderdir. Ümumiyyətlə, ikinci dünya savaşından bu yana savaşla yanaşı sülhü də udan tək lider Azərbaycanın dövlət başçısıdır. 

 Orasını da deyim ki, İkinci Qarabağ savaşında əldə edilən qələbənin ardından məhz Azərbaycanın sülh təşəbbüsü ilə çıxış etməsi beynəlxalq təcrübədə heç də tez-tez rast gəlinən hal deyil. Qələbə qazanan dövlətlər məğlub etdiyi ilə heç də biz Ermənistanla davrandığımız kimi davranmayıblar. Bu özü də beynəlxalq əhəmiyyətli bir presedentdir. Hec şübhəsiz ki, Şeyx Zayed Fondu cənab İlham Əliyevi mükafatlandırarkən bu reallıq nəzərə alınıb. Eyni zamanda o reallıq da nəzərə alınıb ki, əslində Vaşinqton razılaşması öncəsi Azərbaycanla Ermənistan arasında ən məhsuldar sülh danışıqları ötən il iyulun onunda məhz Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilmişdi”. 

Parlamemtari vurğulayıb ki, ümumiyyətlə bu, ikinci Qarabağ savaşından sonra cənab Prezidentin ikinci beynəlxalq təltifidir:

“Birincisi 2021-ci ilin noyabrında olmuşdu. O vaxt Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İstanbulda keçirilən VIII Zirvə Görüşündə ona Türk Dünyasının Ali Ordeni verilmişdi. 

Ordenin Türk dünyasının birliyi və əməkdaşlığına verilən töhfələrə görə təqdim edildiyi vurğulansa da, əslində burada İkinci Qarabağ savaşı zamanı qazanılan qələbə də nəzərdə tutulurdu. Həm də ona görə ki, bu qələbə türk dünyasının daha da sıx birləşməsinin və dünyadakı güc mərkəzlərindən birinə çevrilməsinin yolunu açdı. Yolumuz həmişə açıq olsun!”.

Politoloq Elxan Şahinoğlu qeyd edib ki, İlham Əliyevin atdığı addımlar yüksək qiymətləndirilir və onun Zayed İnsan Qardaşlığı Mükafatına layiq görülməsi təsadüfi deyil:

“Tarixdə nadir hadisələrdən biridir ki, qalib tərəf məğlub ölkəyə əl uzadır, onunla ticarət əlaqələrini qısa zamanda bərpa edir, ona yanacaq satır. Azərbaycan Prezidenti bütün bunları etdi. Bu, onun uğuru sayıla bilər. 8 avqust razılaşması da ciddi irəliləyiş idi. Cənubi Qafqazda yeni bir şəraitin yaradılmasına, sülh quruculuğun,sabitliyin və İlham Əliyevin də bir neçə əvvəl qeyd etdiyi Cənubi Qafqaz evinin yaradılmasına şərait yaradır. Bu baxımdan sülh mükafatının İlham Əliyevə verilməsi tam yerindədir. yeni bir şərait yaranır və burada İlham Əliyevin böyük rolu var. Nəqliyyat dəhlizləri, orta dəhliz işə düşür, Azərbaycan Avrasiya bölgəsində körpü rolu oynayır. Bütün İlham Əliyevin bu istiqamətdə atdığı addımlar yüksək qiymətləndirilərək ona belə mükfat verilib”.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır