Modern.az

Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər

Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər

Parlament

23 Yanvar 2026, 12:00

Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması ilə bağlı müddət uzadılır.

Modern.az xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Qanuna dəyişiklik layihəsində əksini tapıb.

Layihədə bildirilib ki, ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması məqsədi ilə 2015-ci il noyabrın 1-dən etibarən yoxlamalar 2026-cı il yanvarın 1-dək dayandırılıb. Təklif olunan qanun layihəsi həmin müddətin daha bir il - 2027-ci il yanvarın 1-dək uzadılmasını nəzərdə tutur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada