Modern.az

Maliyyə hesabatları yeni informasiya sistemi üzərindən aparılacaq

Maliyyə hesabatları yeni informasiya sistemi üzərindən aparılacaq

Parlament

23 Yanvar 2026, 12:08

Maliyyə hesabatlarının tərtib və təqdim edilməsi “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi üzərindən həyata keçiriləcək.

Modern.az xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Mühasibat uçotu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi mühasibat uçotu (o cümlədən dövlət maliyyə və qeyri-maliyyə aktivlərinin uçotu) sahəsindəki fəaliyyəti də əhatə etdiyindən qanunda “e-mühasibat” informasiya sistemi” ifadəsi “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi” ifadəsi ilə əvəz olunacaq. 


Həmçinin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi mühasibat uçotu subyektləri tərəfindən mühasibat uçotunun elektron qaydada aparılması və maliyyə hesabatları, o cümlədən birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının tərtib və təqdim edilməsini təmin edəcək.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır