Modern.az

Azərbaycan-Britaniya işçi qrupunun fəaliyyəti bərpa olunub

Azərbaycan-Britaniya işçi qrupunun fəaliyyəti bərpa olunub

Parlament

27 Yanvar 2026, 12:33

Azərbaycan-Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyəti bərpa olunub.

Bunu Modern.az-a Milli Məclisin deputatı, işçi qrupunun rəhbəri Fariz İsmayılzadə məlumat verib.

"Uzun fasilədən sonra yenidən işçi qrupunun fəaliyyəti bərpa olunub. Həm Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin, həm də Milli Məclisin təbliğatı nəticəsində işçi qrupunun əlaqələri yenidən aktivləşdi. Bu gün isə deputatlarla, o cümlədən Londondakı beyin və tədqiqat mərkəzləri olan "Royal United Services Institute" (RUSI) və "The International Institute for Strategic Studies" (IISS) ilə görüşlər keçirilib"- deyə F. İsmayılov bildirib.

Qeyd edək ki, bu gün Londonda işçi qrupunun iclası da keçirilib.

1495599

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır