Modern.az

Mədəniyyət sahəsində yeni qanun layihələri hazırlanır - ANONS

Mədəniyyət sahəsində yeni qanun layihələri hazırlanır - ANONS

Parlament

30 Yanvar 2026, 12:56

Mədəniyyət sahələrinin inkişafı üçün yeni qanun layihələri hazırlanacaq.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin vitse-spikeri Rafael Hüseynov “Azərbaycan mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasının media üçün təqdimatında deyib.

“Elə bu konsepsiyanın çərçivəsində yalnız o altı dövlət proqramının hazırlanması ilə iş məhdudlaşmayacaq Mədəniyyət sahəsindəki bizim ana qanunumuz var. Oraya elə bu konsepsiya çərçivəsində mütləq əl gəzdiriləcək. Qanunda dəqiqləşmələr, tamamlamalar, həyata keçiriləcək. Amma eyni anda yeni dövrün çağırışlarına uyğun olaraq, məhz beynəlxalq kontekstdə mədəniyyətimizin yeni texnoloji imkanları nəzərə alaraq təqdimini asanlaşdırmaq, münasibləşdirmək üçün yeni qanunlara ehtiyac olacaq. Düşünürəm ki, Mədəniyyət Konsepsiyası Azərbaycan mədəniyyətinin tarixində vacib hadisədir. İndiyədək belə bir qanun layihəsi olmayıb”- o qeyd edib.

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır