Modern.az

Vitse-spiker illərdir çalışdığı qanun layihəsi barədə DANIŞDI

Vitse-spiker illərdir çalışdığı qanun layihəsi barədə DANIŞDI

Parlament

30 Yanvar 2026, 14:04

Qanunvericilik sahəsində atılacaq addımlarla bağlı bir sıra qanun layihələri üzərində iş gedir. Bu il konsepsiya çərçivəsində 3 qanun layihəsi hazırlanacaq. Həmçinin növbəti il də daha 3 qanun layihəsi tamamlanacaq.

Modern.az-ın sualına cavab olaraq vitse-spiker Rafael Hüseynov “Azərbaycan mədəniyyəti – 2040”  Mədəniyyət Konsepsiyasının media üçün təqdimatında deyib.

O qeyd edib ki, Mədəniyyət haqqında qanunda hökmən dəqiqləşdirmələr,əlavələr, korrektiv olacaq.

“Ana qanununla yanaşı hansısa yeni sahəli qanunlar da yaradılacaq. Çox uzun illərdən bəri mən bir qanun layihəsi üzərində işləyirəm. Hazır deyil. Və indi bu yeni konsepsiya çərçivəsində hazırlanacaq dövlət proqramlarında mədəni irsin qorunması sahəsində aktivliyi artırmaq baxımından həmin qanun layihəsinin də irəliləməsinə meydan açılacaq”.

Vitse- spiker qeyd edib ki, xarici ölkələrdə, müxtəlif muzeylərdə saxlanılan Azərbaycana aid əlyazamalarına qarşı qeyri-adekvat yanaşmalar görürük. Onlar Azərbaycan irsi olmayaraq təqdim edilir.

"Bu məsələ qanunvericilik sahəsində həllini tapmalıdır ki, biz həmin yazılı abidələrə beynəlxalq səviyyəyə iddia qaldıraq".

O qeyd edib ki, bu, yazılı abidələrimiz haqqında qanundur.

“Yazılı abidələrimiz deyəndə də burada nələr nəzərdə tutulur? Bizim əlyazma irsimiz Azərbaycanda və Azərbaycandan kənarda yazılı abidələrin qorunması vacibdir. Çünki bu, mədəni irsin ən vacib istiqamətlərindən biridir. Bizim daş yazılı abidələrimiz, kitabələr və bizim səs və təsvir abidələrimiz var”.

Rafael Hüseynov qeyd edib ki, Mədəniyyət Haqqında Qanunda bu məsələlər qısa cümlələrlə konseptual olaraq qorunması, təşviq və təqdim olunur. O qeyd edib ki, bəzi ölkələrdə əlyazma nümunələrimizin Azərbaycan irsi kimi təqdim olunmamasına ilə bağlı problemlər var və bu məsələlərlə bağlı qanunvericilikdə dəyişikliklər lazımdır. Akademik bunun beynəlxalq səviyyələri iddialar üçün Azərbaycana yardım edəcəyini deyib.

Rafarl Hüseynov qeyd edib ki, daha bir qanun üzərində də işlər gedir:

“ Kinematoqrafiya haqqında qanunun da bütün kinematoqrafiya sahəsində çalışan insanların hamısının maraqlarını ifadə edəcək bir səviyyədə olması lazımdır. Bunun üzərində işləyirik. Yeniliklərdə məqsəd ondan ibarət ki, bir sıra digər sahələrə tətbiq olunan dövlət səviyyəsində müəyyən imtiyazlar və güzəştlər kinematoqrafiya sahəsinə də tətbiq olunsun. Yəni biz deyirik ki, yaxşı film olsun, amma o yaxşı filmləri çəkmək üçün biz onlara müəyyən imkanı, kanalı da verməliyik”- o sonda vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır