Modern.az

Deputatlar donor olmaq üçün sənəd İMZALAYIBLAR

Deputatlar donor olmaq üçün sənəd İMZALAYIBLAR

Parlament

31 Yanvar 2026, 12:02

Azərbaycanda ürək transplantasiyasına ehtiyacı olanların sayı çoxdur.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib.

"Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər" mövzusunda keçirilən dəyirmi masada çıxış edən akademik deyib ki, əsas məsələ donorun tapılmasıdır.

Ə.Əmiraslanovun sözlərinə görə, yalnız son illər aparılan müvafiq işlərdən sonra ürək donoru olmaq istəyənlərin sayında artım müşahidə olunub.

Komitə sədri cəmiyyəti-insanları bu istiqamətdə aktiv olmağa çağırıb.

Ə.Əmiraslaov onu da deyib ki, Milli Məclisin deputatlarının bir hissəsi donor olmaq üçün sənədə imza atıblar.

Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi İdarə Heyətinin sədri Yeganə Abbasova isə bildirib ki, Azərbaycanda ilk meyit orqanı transplantasiyasından sonra donor olmaq istəyənlərin sayı 1200-ü keçib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır