Modern.az

Deputatlar Naxçıvanda - FOTOLAR

Deputatlar Naxçıvanda - FOTOLAR

Parlament

7 Fevral 2026, 10:45

Milli Məclisinin deputatlarının iştirakı ilə fevralın 6-da Naxçıvan şəhərində “Azərbaycan gəncliyi: Ulu Öndər ideyalarından müasir inkişaf mərhələsinədək” adlı tədbir keçirilib.

Modern.az xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı videoçarx nümayiş olunub.

Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov, Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və idman komitəsinin sədri, deputat Şahin İsmayılov çıxış ediblər.

Sonra Naxçıvan Muxtar Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsində fəal iştirakına görə bir qrup gənc mükafatlandırılıb.

Tədbirin davamında Milli Məclisin deputatlarının iştirakı ilə “Azərbaycan Gəncləri Günü dövlət gənclər siyasətinin nailiyyətləridir” və “Azərbaycan gənclər və idman siyasəti: dünən, bu gün və gələcəyə baxış” mövzularında panel müzakirələr keçirilib

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan daha bir ARSIZLIQ - Bakıya hücumlar niyə artır?