Modern.az

Prezidentin sülh yönümlü siyasətini yüksək qiymətləndirirlər

Prezidentin sülh yönümlü siyasətini yüksək qiymətləndirirlər

Parlament

14 Fevral 2026, 17:28

Prezidenti cənab İlham Əliyev Almaniya səfəri zamanı Azərbaycan televiziyasına verdiyi müsahibədə bir daha sülhə, əməkdaşlığa, demokratiyaya, insan haqlarına sadiqliyi nümayiş etdirib.

O jurnalistin "siz Munxen Təhlükəsizlik konfransına Azərbaycan hansı mesajları verir" sualına, əlbəttə ki, "bu əməkdaşlıqdır, sülhdür, tərəfdarlıqdır, münasibətlərin yaxşılaşdırılmasıdır" cavabını verməklə bir daha Azərbaycanın bəşəri dəyərlərə, dünyada sülhə, əmin-amanlığa böyük önəm verdiyini göstəriib. Cənab Prezident bildirib ki, bu görüşə sülhü əldə etmiş ölkənin Prezidenti kimi gəlib. Və cavabında, artıq Vaşinqton görüşləri, Vaşinqtonda əldə olunmuş üçtərəfli razılaşma əsasən Azərbaycan-Ermənistan arasında sülhü təmin etdiyini qeyd edib və  bunun gələcək üçün çox böyük perspektivlər açdığını vurğulayıb.  Digər tərəfdən, ölkə başçısı bu konfransda təhlükəsizlik, iqtisadiyyat, nəqliyyat, informasiya və digər bir çox məsələlər gündəmdə olacağını və sülh müqaviləsinin imzalanması məsələsinin də burada müəyyən qədər gündəmə gətirilə biləcəyini qeyd etdi.

Azərbaycan Prezidentinin bu müsahibəsi dünya üçün də bir mesajdır. Çünki dünyada gedən müharibələr, qarşıdurmalar və ciddi münaqişələrin gündəmə gətirilməsi bəşəriyyətin gələcək inkişafı üçün vacibdir.  Azərbaycan Prezidenti də daim sülh yolunu əsas götürmüş və fəaliyyətinin bütün dövrlərində bu istiqamətdə əlindən gələni əsirgəmməyib O, Münxen Təhlükəsizlik Konfransına da böyük əhval, ruhiyyə ilə gedir.

Çünki Davosda Amerika Birləşmiş Ştatları prezidenti ilə görüş və orada Sülh Şurasının təsisçisi kimi iştirakçılığı təmin edilməsi, ölkəmizin rəhbərinin siyasətinə verilən xüsusi qiymət bugün Münxendə də özünün ifadəsini göstərəcək. Bugün dünya ölkələri, siyasətçilər, rəhbərlər, Azərbaycan prezidentinin sülh yönümlü siyasətini yüksək qiymətləndirirlər və onun mesajları səfər etdiyi ölkələrdə çox yüksək əks-sadaya səbəb olur.

Bu baxımdan da, Münxen görüşü çox əhəmiyyətlidir. Almaniya səfər nəinki iki ölkə arasında, eləcə də dünya ölkələri arasında münasibətlərin yaxşılaşdırılmasına yeni imkanlar yaradır.

Tahir Rzayev

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mehdiyevin Rusiyaya zəngləri: DTX yeni gizlinləri üzə çıxardı - Xəbəriniz Var?