Modern.az

Silah təhlükəsizliyi və valideyn nəzarəti - deputatdan ÇAĞIRIŞ

Silah təhlükəsizliyi və valideyn nəzarəti - deputatdan ÇAĞIRIŞ

Parlament

15 Fevral 2026, 14:23

Quba şəhər 2 saylı tam orta məktəbin 9-cu sinfi ilə bağlı baş verən hadisə ictimaiyyət arasında müzakirələrə səbəb olub. Məsələ ilə bağlı 55 saylı Siyəzən–Quba–Xızı seçki dairəsinin deputatı Müşfiq Məmmədli Modern.az-a açıqlama verib.

Deputat bildirib ki, bu kimi hallarda bir neçə faktor nəzərə alınmalıdır və məsuliyyət məsələsi xüsusilə ön plana çıxır:

“Burada bir neçə faktor var. Təbii ki, ov tüfəngindən istifadə hüquqi normalara uyğun şəkildə tənzimlənir. Əgər qanunvericiliyə uyğun olaraq bütün prosedurlar həyata keçirilmiş və odlu silah qanuni yolla əldə edilmişdirsə, bu baxımdan valideynlər hüquqi çərçivədə hərəkət etmiş hesab olunurlar. Lakin evdə azyaşlı və yetkinlik yaşına çatmayan uşaqların olması valideynlərin məsuliyyətini daha da artırır”.

Deputat qeyd edib ki, bütün hüquqi prosedurlara əməl olunmasına baxmayaraq, valideynin üzərinə düşən ayrıca valideyn məsuliyyəti var:

“Məktəb yaşında olan uşaqlara gəldikdə isə, yetkinlik yaşına çatmayan şəxslərin odlu silaha əlçatanlığının məhdudlaşdırılması məsələsində qanunvericilikdə hər hansı boşluq yoxdur. Azərbaycan qanunvericiliyinə əsasən, 18 yaşına qədər olan şəxslər uşaq hesab edilir və onların odlu silahdan istifadəsi, daşınması və ya hər hansı formada əlçatanlığı qəti şəkildə qadağandır”.

“Bu qadağalarla bağlı valideynlər, yaxınlar, böyüklər və ətrafdakı şəxslər öz övladlarına, yaxınlarına və məktəbli yaşda olan şəxslərə məsələni dolğun və düzgün şəkildə izah etməlidirlər”, – deyə deputat vurğulayıb.

Sizə yeni x var
Keçid et
Mehdiyevin Rusiyaya zəngləri: DTX yeni gizlinləri üzə çıxardı - Xəbəriniz Var?