Modern.az

Azərbaycanda 45 deputat köməkçisinin STATUSU RƏSMİLƏŞİR

Azərbaycanda 45 deputat köməkçisinin STATUSU RƏSMİLƏŞİR

Parlament

17 Fevral 2026, 12:55

Sabah Naxçıvan Muxtar Respublikası Ali Məclisinin plenar iclası keçiriləcək. 

İclasın gündəliyinə daxil edilən məsələlərdən biri də “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədədir.

Modern.az-ın əldə etdiyi məlumata görə, təklif olunan dəyişiklik deputat köməkçisi institutunun hüquqi əsaslarını müəyyənləşdirir. Layihəyə əsasən “Deputatın köməkçisi” anlayışı qanunvericilikdə ayrıca maddə kimi təsbit olunur.

Belə ki, deputatın fəaliyyətinin təmin edilməsi məqsədilə onun köməkçiləri ola bilər. Deputat köməkçilərinin saxlanılması Naxçıvan Muxtar Respublikasının büdcəsi hesabına həyata keçiriləcək. Köməkçilərin işə qəbulu Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun aparılacaq.

Eyni zamanda, deputat köməkçisinə dair əlavə tələblərin Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin qərarı ilə müəyyən edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunda millət vəkillərinin köməkçilərinin statusu qanunun 21-1. Maddəsinə əsasən tənzimlənir. Hazırda Naxçıvan Ali Məclisində 45 deputat təmsil olunur.

Sizə yeni x var
Keçid et
Ukraynadan Moskvaya hücum - Rusiyada ard-arda partlayışlar