Modern.az

Azərbaycanda bir sıra qanunlara dəyişiklik edilib

Azərbaycanda bir sıra qanunlara dəyişiklik edilib

Parlament

23 Fevral 2026, 10:10

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Müdafiə haqqında”, “Veteranlar haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Polis haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilib.

Modern.az xəbər verir ki, məsələ Milli Məclisin Gənclər və idman komitəsinin bugünkü iclasında müzakirə edilib.

Qanun layihəsinə əsasən dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır və bir sıra terminlər genişləndirilib. 

Təklif edilən dəyişikliklər ümumilikdə uyğunlaşdırma xarakterli dəyişikliklərdir və qanunvericilik sisteminə aid olan digər normativ aktlar arasında uyğunluğun təmin edilməsi məqsədilə hazırlanıb. 
Layihədə əks olunmuş müddəaların bir çoxu “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş  27 dekabr 2024-cü il tarixli dəyişikliklərlə əlaqədardır. 
Bundan əlavə layihədə bir sıra anlayışlar daha da dəqiqləşdirilir, vahid terminoloji yanaşmanın təmin edilməsi məqsədilə bir sıra redaktələr edilir, habelə “Normativ-hüquqi aktlar haqqında”  Azərbaycan Respublikasının Konstitusiya Qanununun tələblərindən irəli gələrək qanunvericilik texnikası baxımından bəzi ifadələrin dəqiqləşdirilməsi təklif edilib. 
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...