Modern.az

Milli Məclisdə Vaşinqtondakı təxribat müzakirə olundu

Milli Məclisdə Vaşinqtondakı təxribat müzakirə olundu

Parlament

24 Fevral 2026, 11:31

Əleyhadarlarımızıa söyləyirəm ki, ABŞ Prezidentin iqamətgahına bir nəfər basqın etməyə cəhd göstərərksən yerindəcə güllələnib. 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Elman Nəsirov vurğulayıb. 

Elman Nəsirov qeyd edib ki,  Prezident faktiki olaraq yeni dünya nizamının qurulması istiqamətində çox ciddi addımlar atır, müxtəlif platformalar və şuralar formalaşdırılır. Azərbaycan bu prosesdə aktiv subyektdir. Öz mövqeyini ortaya qoyur və bu, açıq şəkildə görünür. Təsadüfi deyil ki, bəzilərinin rahatlığı pozulub, yuxuları ərşə çəkilib.

“Son hadisə də bunu təsdiqləyir. Cənab Prezidentin Vaşinqtonda məlum toplantıdan sonra hotelə qayıdarkən kortejinə qarşı edilən təzyiq və hücumun həm təşkilatçıları, həm də icraçıları bəllidir. Bu, məqsədyönlü və planlı şəkildə həyata keçirilən addımdır.

Bu vəziyyətdə Azərbaycan Prezidentinin və hökumətinin reaksiyası, eləcə də Birləşmiş Ştatlar polisinin atdığı addımlar adekvatdır. Belə də olmalıdır. Hər şey qanun çərçivəsində baş verib. Xatırlatmaq istəyirəm ki, cəmi iki gün öncə Birləşmiş Ştatlarda Prezidentin Florida ştatındakı iqamətgahına bir nəfər basqın etməyə cəhd göstərib və yerindəcə güllələnib. Hesab edirəm ki, bundan sonra əlavə şərhə ehtiyac yoxdur. Diqqətinizə görə təşəkkür edirəm” – o sonda qeyd edib.

Sizə yeni x var
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı