Modern.az

Ermənistanla sülh prosesi həlledici mərhələdədir - Komitə sədri

Ermənistanla sülh prosesi həlledici mərhələdədir - Komitə sədri

Parlament

24 Fevral 2026, 16:21

Gürcüstan və Türkiyə vasitəsilə Azərbaycan enerji resurslarını, o cümlədən yaşıl enerji və təbii qazı Avropanın 16 ölkəsinə ixrac edir. Bu ölkələrin əksəriyyəti Avropa İttifaqı və NATO üzvləridir. Bu fakt Azərbaycanın strateji baxışının və regional rolunun bariz göstəricisidir.


Modern.az xəbər verir ki, bunu Azərbaycan, Türkiyə və Gürcüstan Parlamentlərinin xarici əlaqələr komitələrinin onuncü üçtərəfli iclasında Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib. 


S. Seyidov qeyd edib ki, Azərbaycan Türk dünyasında da mühüm rol oynayır. Bu çərçivə genişlənir, yeni ölkələr müxtəlif statuslarla bu əməkdaşlığa qoşulur.

"Türk dünyası artıq siyasi və iqtisadi baxımdan güclənən beynəlxalq fenomendir. Mərkəzi Asiya ölkələri bu ortaq diplomatik səylərin mühüm tərəfdaşlarıdır. Azərbaycan qonşuları ilə münasibətlərə xüsusi əhəmiyyət verir. İranla bağlı mövqeyimiz aydındır: regionda qeyri-sabitliyin yaranmasında maraqlı deyilik. Rusiya–Ukrayna münaqişəsində Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik və problemin siyasi-diplomatik yollarla, beynəlxalq hüquqa hörmət əsasında həllini vacib sayırıq.

Ermənistanla sülh prosesi həlledici mərhələdədir. Praktiki olaraq razılaşma əldə olunub, qalan yalnız formal və hüquqi təsdiqdir. Konstitusiya dəyişiklikləri bu mərhələnin məntiqi tərkib hissəsidir və davamlı sülhün təmininə xidmət edir.

Üçtərəfli əməkdaşlığımız qlobal geosiyasi transformasiya dövrünə təsadüf edir. Təhlükəsizlik sistemlərinin zəiflədiyi, yeni güc mərkəzlərinin formalaşdığı bir vaxtda birlikdə hərəkət etmək zərurəti yaranıb. Sabitlik, suverenlik və strateji baxış bu əməkdaşlığın əsas sütunlarıdır” – o bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada PROSES BAŞLADI! - Azərbaycanlılar vətəndaşlıqdan çıxarılır - Xəbəriniz Var?