Modern.az

Komitə sədri: Bu qeyri-insani davranışdır 

Komitə sədri: Bu qeyri-insani davranışdır 

Parlament

24 Fevral 2026, 16:47

“Abxaziya bölgəsi təəssüf ki, qanunsuz şəkildə işğal altındadır. Orada yaşayan insanlar, o cümlədən uşaqlar ayrı-seçkiliyə məruz qalır, təhsil imkanları məhdudlaşdırılır. İşğalçı qüvvələr gərginlik yaradır, zorakılıq halları törədir, bəzi hallarda silahsız mülki şəxslərə atəş açılması kimi qəbuledilməz hadisələr baş verir. Bu qeyri-insani davranışdır və qəbul edilə bilməz”.


Modern.az xəbər verir ki, bunu Azərbaycan, Türkiyə və Gürcüstan Parlamentlərinin xarici əlaqələr komitələrinin onuncü üçtərəfli iclasında  Gürcüstan Parlamentinin xarici əlaqələr komitəsinin sədri Nikoloz Şamxaradze bildirib. 

"Azərbaycana və Türkiyəyə Gürcüstanın ərazi bütövlüyünə, o cümlədən Abxaziya məsələsində prinsipial dəstəyə görə təşəkkür edirəm. BMT qətnamələrinin qəbul olunmasına verilən dəstək də bizim üçün mühümdür. İnanıram ki, üç ölkə arasındakı səmimi münasibətlər daha da inkişaf edəcək, ikitərəfli və üçtərəfli əməkdaşlıq yeni səviyyəyə yüksələcək.

Eyni zamanda vurğulamaq istəyirəm ki, Gürcüstan Rusiya təcavüzünün nəticələrindən hələ də əziyyət çəkir. Bu, təhlükəsizliyimizə birbaşa təsir edir və sərhədlərimizdə gərginlik müşahidə olunur. Biz Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik, orada baş verən humanitar faciələri pisləyirik və Ukrayna xalqı ilə həmrəyliyimizi ifadə edirik".

O qeyd edib ki, eyni mənzərə regionun ətrafında da müşahidə olunur:

“Rusiyanın Ukraynaya qarşı silahlı münaqişəsi, eləcə də İran və Suriya ilə bağlı risklər və digər böhranlar. Gürcüstan da bu təzyiqlər fonunda diplomatiyaya sadiq qalır, problemlərin sülh yolu ilə həllini müdafiə edir. Rusiya Federasiyası ilə münasibətlərdə əsas prioritetimiz ərazi bütövlüyümüzün təmin olunmasıdır. Sülh isə həm təhlükəsizlik, həm də iqtisadi inkişaf üçün həlledici amildir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada PROSES BAŞLADI! - Azərbaycanlılar vətəndaşlıqdan çıxarılır - Xəbəriniz Var?