Modern.az

Zahid Oruc: Rayonlarda həkim sayı əhali sayına nisbətdə olduqca azdır

Zahid Oruc: Rayonlarda həkim sayı əhali sayına nisbətdə olduqca azdır

Parlament

Bu gün, 09:33

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2025-ci il üzrə İllik Məruzəsi Milli Məclisin İnsan hüquqları komitəsinə təqdim edilib.

Modern.az xəbər verir ki, deputat Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında Ombudsman hesabatı ilə bağlı geniş çıxış edib.

"Yaranmasından keçən 25 il ərzində təqdim edilən Hesabatlar - Ombudsman fəaliyyətinin meyarı, insan hüquqları sahəsində müstəsna səlahiyyətlərinin səmərəli həyata keçirilməsinin fundamental, həm də qanunla müəyyən və tələb edilən rəsmi sənəddir.         

Məruzənin “Giriş” hissəsində qeyd edildiyi kimi, hesabat ili Azərbaycan üçün milli və beynəlxalq səviyyədə tarixi uğurlarla zəngin olub. “Konstitusiya və Suverenlik ili”-dövlətimizin qanunvericilik siyasətinin, tam suverenliyin yaratdığı yeni hüquqi reallıqların  bir daha dərindən öyrənilməsi ili olub.Prezident İlham Əliyevin 2025-ci- “Konstitusiya və Suverenlik İli” münasibətilə elan etdiyi amnistiya 20 mindən çox insanı əhatə edib.

2025-ci Hesabat ilində ölkədə və regionda Azərbaycanın Zəfəri ilə başlayan yeni mərhələ insan hüquqları sahəsində dünyada heç bir ölkənin nail olmadığı  uğura-Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması kimi tarixi addım atılıb. Məlumdur ki, Sülh hüququ BMT tərəfindən tanınan fundamental insan hüququdur. BMT BA tərəfindən “Xalqların Sülh Hüququ haqqında Bəyannamə”si (1984-cü ildə) qəbul edilib. Bəyannamədə qeyd edilir: “Sülh hüququ  "bütün insan hüquqlarının anası" və bəşəriyyətin yaşaması üçün  ən zəruri  hüquq hesab olunur. “Xalqların müqəddəs sülh hüququ var.” BMT  dövlətlərə və beynəlxalq təşkilatlara xalqların sülh hüququnun həyata keçirilməsinə kömək etmək üçün əllərindən gələni etməyə çağırır.

Bununla yanaşı, Azərbaycan regionda sülh missiyasını gerçəklışdirən yeganə dövlət olaraq qalır.

Məruzələrin tərtibatı, strukturu və məzmununda bir çox ilklər mövcuddur. Məruzələr həm də, müstəqil Azərbaycanda Müvəkkilin insan hüquqlarının qorunması sahəsindəki fəaliyyət göstəricilərini, dinamikasını əks etdirən data baza formalaşdırır. Ombudsmanın fəaliyyəti Hesabatda 3 fəsil üzrə qruplaşdırılıb. İlk dəfə 7 yeni yarımfəsil əlavə olunub.

Təklif və tövsiyələrin səhifə həcmi  ötən ildəkindən çox - 12 səhifə təşkil edib. 2024-cü ilin məruzəsi ilə müqayisədə (78 təklif və tövsiyyə), daha çox - 94 təklif və tövsiyyə yer alıb ki, bu təkcə struktur dəyişikliyi deyil, mahiyyətcə yeni, praktiki yanaşmanı ifadə edir.

Diaqramların sayı isə ötən ilki 6 ədəddən(3 səh), 20 diaqrama - 10 səhifəyə qədər yüksəldilib. 

Ombudsmanın 2025-ci il üzrə illik məruzəsində mühüm yeniliklər var.

“1.1.İnsan hüquqları və azadlıqlarının müdafiəsi”- Konstitusiya və beynəlxalq müqavilələrə uyğun olaraq pozulan hüquqların bərpası, pozuntuların qarşısının alınması yönündə məlumatlara nəzər saldıqda Ombudsmana müraciətlərin statistikası və dinamikası mühüm əhəmiyyət kəsb edir. Müraciətlər 2025-ci Hesabat ilində  42, 685 müraciət daxil olub. Bu Ombudsmanın ünvanına 29 371 müraciətin daxil olduğu 2024-cü illə müqayisədə   13, 314 müraciət çoxdur!  Çağrı mərkəzinə “916” çağrı mərkəzinə 14, 718 zəng daxil olub və hüquqi məsləhətlər verilib.

Bütövlükdə son 15 ildə Ombudsmana müraciətlərin statistikası və dinamikası maraqlı dinamika nümayiş etdirir. Təqdim edilən hesabatda müraciətlərin artım sayındakı çoxalan fərq (13, 314), 2011-2015-ci illərdə edilən müraciətlərin cəmi illik sayı qədərdir! Bu fenomenin təhlili-təkcə əhali sayının artımı ilə bağlı deyil, digər hakimiyyət hakimiyyət orqanlarının fəaliyyətinə də bir münasibətdir. Son 15 ildə müraciətlərin sayı cəmi 2 dəfə: 2015-ci və 2022-ci illərdə  əvvəlki ildən az olub.

Əvvəlki illərin məruzələrində əksini tapan mühüm bir məsələ sənəddə əksini tapıb. Qeyd olunur ki, 2025-ci ildə aidiyyəti dövlət qurumları tərəfindən görülmüş tədbirlər nəticəsində Suriya Ərəb Respublikasından 18 nəfər (5 qadın, 13 uşaq) Azərbaycan Respublikası vətəndaşının ölkəyə repatriasiyası təmin olunmuşdur. Lakin Rusiya-Ukrayna müharibəsində həyatını itirən və yaralanan vətəndaşlarımızın məsələsinə ayrıca yer verməyə ehtiyac var. Dövlət təhlükəsizliyi orqanları və Baş Prokurorluq haqlı olaraq, sərt tədbirlər görür. Müvəkkil institutu azərbaycanlıların həyatının qorunması üçün mühüm səlahiyyətlərə malikdir - ilk növbədə, hər iki ölkənin ombusdmanları ilə birgə çalışmalara ehtiyac var.

Hüquq və azadlıqların məhkəmə təminatı ilə bağlı Ombudsmanın ünvanına daxil olmuş müraciətlərdə əsas etibarilə məhkəmə icraatının uzadılması nəticəsində süründürməçiliyə yol verilməsi, məhkəmə araşdırması zamanı prosessual hüquq normalarının pozulması, hakimlərin hərəkətlərindən (və ya hərəkətsizliyindən) narazılıq, o cümlədən məhkəmə prosesi zamanı hakim tərəfindən etik davranış qaydalarına riayət edilməməsi, qəbul edilmiş məhkəmə qərarlarının surətinin proses iştirakçılarına vaxtında təqdim edilməməsi və bununla da yuxarı instansiya məhkəməsinə müraciət etmək hüququnun məhdudlaşdırılması, habelə qanuni qüvvəsini almış məhkəmə qərarlarının icra edilməməsi, icra məmurları tərəfindən etik davranış qaydalarının pozulması kimi hallar öz əksini tapmışdır. Lakin Mərkəmə qərarlarınən icrası ilə bağlı nəhayət, xüsusi icraat institutunun yaradılması müəyyən dönüşə nail olacaqdır.

Sağlamlığın qorunması hüququ ilə bağlı həssas əhali qruplarının-uşaqların, ahılların, əlilliyi olan şəxslərin və aztəminatlı ailələrin yaş, sağlamlıq vəziyyəti, sosial statusu və xüsusi ehtiyacları nəzərə alınmaqla ilkin tibbi yardım, evdə tibbi xidmət, ixtisaslaşmış müalicə, dərman preparatları ilə təminat tədbirlərin gücləndirilməsinə ehtiyac olduğu vurğulanır. Lakin Məruzədə xüsusi diqqətə layiq olan hissə həkim çatışmazlığı ilə bağlı statistikaya diqqətin çəkilməsidir.


Sitat-Azərbaycanda regionlar üzrə həkimlərin sayının əhalinin sayına uyğun olmaması səhiyyə xidmətlərinə eyni səviyyədə əlçatanlığın təmin edilməsində əsas çətinliklərdən biridir. Azərbaycanda regionlar üzrə həkimlərin sayının əhalinin sayına uyğun olmaması səhiyyə xidmətlərinə eyni səviyyədə əlçatanlığın təmin edilməsində əsas çətinliklərdən biridir. Belə ki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin “Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti” adlı hesabatına əsasən, 2025-ci ilin əvvəlinə Bakı şəhəri üzrə əhalinin hər 10 min nəfərinə düşən həkim sayı Bakı şəhəri üzrə 101.7, Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə 24.5, Naxçıvan iqtisadi rayonu üzrə 14.9, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 13.0 nəfər, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 10.8, Lənkəran-Astara iqtisadi rayonu üzrə 9.7, Mil-Muğan iqtisadi rayonu üzrə 8.6 nəfər təşkil edir. Xüsusilə də Daşkəsən (8 nəfər), Gədəbəy (61 nəfər), Ucar (55 nəfər), Zərdab (47 nəfər), Yardımlı (39 nəfər) və Lerik (38 nəfər) rayonlarında həkimlərin sayının əhali sayına nisbətdə olduqca az olması və ixtisaslı kadr çatışmazlığı narahatlıq doğurur. Bu vəziyyət “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsbit olunmuş tibbi-sosial yardımın hamı üçün mümkünlüyü prinsipinin, habelə vətəndaşların keyfiyyətli və bərabər tibbi yardım almaq hüququnun həyata keçirilməsini çətinləşdirən əsas amillərdəndir.

Məruzədə qeyd edilir ki, son illərdə ölkədə narkomaniya və toksikomaniya xəstələrinin sayının artması narahatlıq doğurur. Bu xəstəliklər gənc nəslin fiziki və psixi inkişafına təhlükə yaradır, ailə institutunu zəiflədir, bütövlükdə əhalinin genofonduna mənfi təsir göstərir və gələcək nəsillərin sağlamlıq potensialı üçün ciddi problem yaradır.

Daxili İşlər orqanlarının fəaliyyətinin ən mühüm hissəsini təşkil edən bir statistika real mənəzərəni görməyə imkan verir. Diqqət edin, 2023-cü ildə dövriyyədən çıxarılan narkotik vasitələrin həcmi təxminən 4,4 ton, 2024-cü ildə 4,7 ton, 2025-ci ildə isə 5 ton 675 kiloqram təşkil edib. Bir tərəfdən, görünür narkotik qaçaqmalçılığı və dövriyyəsi artıb, lakin digər yandan nəzarət tədbirləri də güclənib. 2025-ci ildə 2 ton 724 kiloqram narkotik maddə məhz elektron vasitələrlə-rəqəmsal sistemlərin köməyilə həll olunub.

Məruzədə mənzil hüququnun təminatı sahəsində məsələlər sırasında əsasən Bakı şəhəri ərazisində aparılan tikinti-quruculuq işləri ilə əlaqədar sakinlərə verilən kompensasiyanın bazar qiymətindən xeyli aşağı olması, həmin məbləğin müvafiq ərazidən uyğun mənzil almaq üçün kifayət etməməsi, bəzi hallarda isə kompensasiya ödənilmədən söküntü işlərinin aparılması narazılıqlara səbəb olmuşdur. Bununla bağlı Hökumətin yeni siyasət tədbirlərinə ehtiyac var.

Ombudsman geniş beynəlxalq əlaqələrə və fəaliyyətə malikdir. Onun güclü mandatı var. Eyni zamanda, ölkəmizə qarşı beynəlaxlq insan haqları institularının apardıqları kampaniyalar qarşısında Müvəkkil institutunun tədbirləri təqdirəlayiqdir.

Ombudsman “Human Rights Watch” beynəlxalq qeyri-hökumət təşkilatının 2024-cü il üzrə hesabatında Azərbaycanla bağlı qərəzli məlumatların əks etdirilməsi ilə əlaqədar təşkilatın icraçı direktoruna məktub ünvanlamış, Ermənistandan zorla qovulmuş azərbaycanlılarla bağlı məsələyə hesabatda münasibət bildirilmədiyini qeyd etmiş və bu cür hesabatların hazırlanması zamanı təsdiqlənmiş faktlara əsaslanmağa çağırmışdır".

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakı Putindən bunu tələb edir! - Nazirdən kritik açıqlama