Modern.az

Alimentlə bağlı məhkəmə qərarlarının 70 faizi icra edilmir - deputat

Alimentlə bağlı məhkəmə qərarlarının 70 faizi icra edilmir - deputat

Parlament

Bu gün, 09:42

Milli Məclisdə bir sıra sosial məsələlər yenidən gündəmə gətirilib.

Modern.az xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında komitə sədrinin müavini Arzuxan Əlizadə regionlarda müəllim çatışmazlığının ciddi problem olaraq qaldığını bildirib. Deputat qeyd edib ki, xüsusilə bölgələrdə kadr qıtlığı fonunda 65 yaşa çatmış müəllim və həkimlərin imperativ qaydada təqaüdə göndərilməsi məsələsinə yenidən baxılmalıdır. Onun sözlərinə görə, bu sahədə hələ də neqativ hallara rast gəlinir.

Deputat iclasda aliment problemlərinə də toxunub. O bildirib ki, ölkədə alimentlərin ödənilməsi ilə bağlı kifayət qədər çətinliklər mövcuddur və işlərin təxminən 70 faizi məhkəmələrdə obyektiv və subyektiv səbəblərdən baxılmamış qalır. 

“Aliment Fondunun yaradılması ilə bağlı qanunvericiliyə dəyişiklik edilsə yaxşı olar”.

Komitə üzvü həmçinin şəhid hərbi qulluqçuların statusu məsələsinə diqqət çəkib. Bildirilib ki, hərbi xidmətdə həyatını itirən şəxslərin statusunun müəyyənləşdirilməsi ilə bağlı əsgər valideynlərindən komitəyə müraciətlər daxil olur və bu istiqamətdə də müəyyən narahatlıqlar mövcuddur.

Deputat gələcəkdə baxılmalı vacib məsələlərdən birinin də çoxuşaqlı ailə anlayışı ilə bağlı olduğunu qeyd edib. ”Gələcəkdə vacib məsələlərdən biri də 3 və daha çox uşağı olan ailələrin çoxuşaqlı hesab olunmasıdır. Hazırda ölkədə ailələrdə ən yaxşı halda 2 uşaq olur", - o deyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakı Putindən bunu tələb edir! - Nazirdən kritik açıqlama