Modern.az

Bu il azad edilmiş ərazilərə qayıdanların sayı açıqlandı

Bu il azad edilmiş ərazilərə qayıdanların sayı açıqlandı

Parlament

Bu gün, 11:13

2003-cü ildən sonra, İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan iqtisadiyyatı 4 dəfədən çox böyüyüb. Azərbaycan üçün kifayət qədər vacib olan strateji valyuta ehtiyatları isə bu dövrdə 2 milyard dollardan 85 milyard dollara çatıb. Əldə edilən uğurlar yeni dövrdə iqtisadi islahatların dərinləşməsi ilə daha da möhkəmlənib.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov plenar iclasda çıxışı zamanı bildirib.
 
"Azərbaycanın güclənməsi işğaldan azad olunan torpaqlarımızın intensiv bərpa və yenidən qurmasına imkan yaratmaqdadır. Böyük Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurda 28697 nəfər artıq məskunlaşıb. Bu 7154 ailənin ev ilə təmin edilməsi deməkdir. 2026-cı ilin yanvarın 1-dən sonrakı, 2 aya  yaxın müddətdə, isə 2863 keçmiş məcburi köçkün işğaldan azad olunan ərazilərimizdə məskunlaşıb. Bu həmin yalnız 2 ayında keçmiş məcburi koçkünlərimizin dövlət tərəfindən 646 evlə təmin edilməsi deməkdir", o qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rus əsgərləri Ermənistandan QOVULDU - Kritik proses başlayır