"Çox təəssüf ki, Azərbaycanda kinonun çəkilməyi Mədəniyyət Nazirliyinin üzərinə düşüb".
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasından deputat Aqil Abbas deyib.
O qeyd edib ki, kino ölkənin milli ənənələrini göstərən önəmli faktordur:
“Türkiyə filmləri ilə dünyanı Osmanlıdan çox tuta bilib. Ölkədə bu qədər təşkilat var, amma heç biri filmlərin çəkilməsinə sponsorluq etmir. Rusiyada filmlərin əksəriyyətini nazirliklər çəkirlər. Niyə bizdə yalnız Mədəniyyət Nazirliyinin pulu ilə film çəkməlidir? Necə olur ki, təşkilatlar futbola pul qoyur, amma filmə yox?”.
“Bizim də tarixi şəxsiyyətlərimiz var. İndiyədək Şah İsmayıl haqqında niyə film çəkilməyib? Mən kiminsə haqqında danışmaq istəmirəm, Ramiz Mehdiyevin evindən 17 milyon pul tapıldı. 17 milyon yüksək səviyyəli 10 tammetrajlı film deməkdir. Amma bu pulu evdə saxlayırlar. Mən də istəyirəm bizim filmlər dünyaya çıxsın”, – o əlavə edib.
Spiker isə Azərbaycan və Rusiyanın müqayisəsini düzgün hesab etməyib:
“Azərbaycanın öz qanunları var”, – o deyib.