Modern.az

Parlamentdə ən çox və ən az üzvü olan İŞÇİ QRUPLARI

Parlamentdə ən çox və ən az üzvü olan İŞÇİ QRUPLARI

Parlament

Bu gün, 13:37

Milli Məclisdə müxtəlif ölkələrlə parlamentlərarası əlaqələr üzrə ümumilikdə 100-dən çox işçi qrupu fəaliyyət göstərir. Bu qruplar Avropa, Asiya, Afrika, Amerika və Okeaniya regionlarını əhatə etməklə Azərbaycanın qanunverici səviyyədə geniş beynəlxalq əlaqələr şəbəkəsinə malik olduğunu göstərir. Parlamentlərarası işçi qrupları deputatlardan ibarət olmaqla konkret ölkələrlə siyasi dialoqun qurulması, qarşılıqlı səfərlərin təşkili, qanunvericilik təcrübəsinin mübadiləsi və əməkdaşlığın dərinləşdirilməsi məqsədi daşıyır.

Bu mexanizm parlament diplomatiyasının əsas alətlərindən biri hesab olunur və dövlətin rəsmi xarici siyasət kursunu qanunverici müstəvidə dəstəkləyir. Eyni zamanda, Azərbaycanın milli maraqlarının xarici parlamentlərdə müdafiəsi, beynəlxalq imicinin gücləndirilməsi və strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi baxımından mühüm rol oynayır. İşçi qruplarının sayı və tərkibi ölkənin xarici siyasət prioritetlərini və hansı istiqamətlərə xüsusi önəm verdiyini aydın şəkildə nümayiş etdirir.

Modern.az saytı ən çox və az üzvü olan işçi qruplarını dəqiqləşdirməyə çalışıb.

Araşdırma nəticəsində məlum oldu ki, ən böyük tərkibə malik işçi qrupu 53 nəfər üzvlə Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupudur.  Bu, iki ölkə arasındakı strateji müttəfiqlik və “bir millət, iki dövlət” prinsipi fonunda elə də təəccüblü deyil.

İkinci yerdə Azərbaycan-Rusiya işçi qrupu (42 nəfər), üçüncü yerdə isə Azərbaycan-Özbəkistan işçi qrupu (32 nəfər) qərarlaşıb.

Digər geniştərkibli qruplara aşağıdakılar aiddir:

Azərbaycan-Qazaxıstan - 28 nəfər

Azərbaycan-Serbiya - 26 nəfər

Azərbaycan-Çin - 24 nəfər

Azərbaycan-Belarus - 23 nəfər

Azərbaycan-BƏƏ - 22 nəfər

Azərbaycan-İtaliya - 22 nəfər

Bu statistika göstərir ki, Azərbaycan xüsusilə türk dövlətləri, region ölkələri və böyük siyasi-iqtisadi aktorlarla parlament diplomatiyasına xüsusi önəm verir.

Ən az üzvü olan işçi qrupları

Ən kiçik tərkibə malik işçi qrupu 2 nəfər üzvlə Azərbaycan-Əfqanıstan parlamentlərarasıişçi qrupudur.

Digər kiçik tərkibə malik parlamentlərarası işçi qrupları isə aşağıdakılardır:

Azərbaycan-Cibuti - 3 nəfər

Azərbaycan-Ekvador - 3 nəfər

Azərbaycan-Liviya - 3 nəfər

Azərbaycan-Nepal - 3 nəfər

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran darmadağın edilir - Xameneini gizlətdilər