Modern.az

Azərbaycan onlarla ölkə ilə danışıqlar aparır - detallar açıqlandı

Azərbaycan onlarla ölkə ilə danışıqlar aparır - detallar açıqlandı

Parlament

Bu gün, 16:49

Dövlət Turizm Agentliyi tərəfindən irəli sürülmüş təklif əsasında birtərəfli vizasız rejimin tətbiqi ilə bağlı layihə icra olunur və 15 fevral tarixindən etibarən 4 ölkə üzrə müvəqqəti birtərəfli vizasız rejim qüvvəyə minib. Bu ölkələr əsasən ərəb dövlətləridir.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirilən ictimai dinləmədə Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov deyib.

Onun sözlərinə görə, layihənin davam etdirilməsi nəzərdə tutulur və yaxın müddətdə yeni ölkələrin də bu siyahıya əlavə olunması istiqamətində iş aparılır:

“Əsas məqsəd Azərbaycanın dost və strateji tərəfdaş ölkələrlə münasibətlərində vizasız və ya sadələşdirilmiş rejimi tətbiq etmək, miqrasiya riski olmayan turist axınını artırmaq, eyni zamanda qarşılıqlı maraqları təmin etməkdir”.

Son dövrlərdə bir sıra ölkələrlə viza rejimi sadələşdirilib:

“Bu kontekstdə xüsusilə Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Çin Xalq Respublikası, Serbiya və Mərakeşlə tətbiq olunan mexanizmləri qeyd etmək olar. Hazırda onlarla ölkə ilə danışıqlar davam etdirilir. Bu proses yalnız dost və tərəfdaş dövlətlərlə aparılır və burada həm daxili, həm də xarici siyasət maraqları, milli təhlükəsizlik və miqrasiya məsələləri nəzərə alınır".

O qeyd edib ki, pandemiya dövründə tətbiq edilmiş sadələşdirilmiş mexanizm çərçivəsində yalnız konkret beynəlxalq tədbir üzrə 36 mindən çox şəxs ölkəyə səfər edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İslam dövlətinin NÜVƏ OBYEKTİ VURULDU - Yüzlərlə ölü var