Modern.az

Milli Məclisin adı dəyişilsin? - Komitə sədrindən vitse-spikerin təklifinə REAKSİYA

Milli Məclisin adı dəyişilsin? - Komitə sədrindən vitse-spikerin təklifinə REAKSİYA

Parlament

Bu gün, 18:04

Parlamentin bugünkü iclasında diqqəçəkən təklif irəli sürülüb. Belə ki, Milli Məclisin vitse-spikeri Rafael Hüseynov Milli Məclisin adının dəyişdirilərək Millət Məclisi adlandırılmasını təklif edib. 

Onun sözlərinə görə, Azərbaycan dilinin qrammatikası tələb edir ki, "Milli Məclis" ifadəsindən deyil, "Millət Məclisi" ifadəsindən istifadə olunsun.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komiəsinin sədri Fazil Mustafa Modern.az-a açıqlamasında Rafael Hüseynovun təklifinin diqqətəlayiq olduğunu bildirib:

"Bu cür təkliflər təbii ki, diqqətə alınmalıdır. Rəfael müəllim Azərbaycanın tanınmış dilçilərindən, alimlərindəndir. O, şərqşünas alimdir. Bu məsələ isə məncə, daha çox siyasi xarakterlidir. Qrammatik qaydalara qalsa, gərək çox orqanların adları dəyişilsin və düzəlişlər edilsin. Hər halda, məsələ müzakirə edilməlidir. Əgər belə bir siyasi qərar, uyğunluq olarsa, məsələni müzakirə etmək mümkündür”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İslam dövlətinin NÜVƏ OBYEKTİ VURULDU - Yüzlərlə ölü var