Qanunvericilik orqanında qadınların təmsilçiliyi 2005-ci illə müqayisədə artaraq 11 faizdən 20 faizə çatmışdır. Yerli özünüidarəetmə orqanlarında qadınların payı ilk bələdiyyə seçkilərində 4 faiz olduğu halda, hazırda 39 faizə yüksəlmişdir. Dövlət qulluğunda qadınların payı son illərdə 29 faizə çatmışdır.
Modern.az xəbər verir ki, bunu “Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər” mövzusunda ictimai dinləmədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib.
O qeyd edib ki, hüquq-mühafizə orqanlarında, prokurorluq, daxili işlər və ədliyyə sistemində qadınların məsul vəzifələrə irəli çəkilməsi istiqamətində mühüm addımlar atılır.