Modern.az

Musiqi müəllimləri də onlayn imtahan verəcək

Musiqi müəllimləri də onlayn imtahan verəcək

Parlament

Bu gün, 12:30

Mədəniyyət sahəsində işləyən müəllimlər də onlayn imtahan verəcək.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib. 

Adil Vəliyev bildirib ki, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə birbaşa əməkdaşlıq çərçivəsində iki mərhələdən ibarət sertifikasiya imtahanı keçirməyi nəzərdə tutur. Birinci mərhələ sırf təhsilverənlərin nəzəri, fundamental biliklərinin səviyyəsini müəyyən edəcək. Bu mərhələdə müəyyən çətinliklər yarana bilər.

“Çünki Mədəniyyət Nazirliyi nəzdində fəaliyyət göstərən ixtisaslaşmış məktəblərdə dərs deyən müəllimlərin hamısı ali təhsilli deyil. Onların arasında orta ixtisas musiqi məktəbi məzunları, eləcə də kvalifikasiya kursları keçərək bölgələrdə pedaqoji fəaliyyətə cəlb olunmuş şəxslər var. Bu baxımdan, birinci mərhələdə nəzəri biliklərin qənaətbəxş səviyyədə olması üçün müəllimlərin ciddi şəkildə hazırlaşması vacibdir. İstənilən musiqi məktəbində dərs deyən müəllim Bethovenin, Baxın, Qlinkanın, Rimski-Korsakovun, Çaykovski, onun əsərlərini, ən azı musiqi ədəbiyyatını bilməlidirlər. Bu mərhələ təmassız formada, onlayn testlər vasitəsilə keçiriləcək. Bu, rəqəmsal texnologiyaların inkişaf etdiyi müasir dövrün tələblərinə cavab verir. Attestasiya zamanı isə qeyd etdiyim kimi, bəzi subyektiv amillər özünü göstərirdi. Şifahi imtahan formatı və qiymətləndirmə meyarlarının dəqiq, ölçülə bilən olmaması subyektiv yanaşmanı gücləndirirdi” – o sonda qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
İran Naxçıvanı vurdu - Gündəm Masada