Modern.az

Sahibə Qafarova Çinə gedib

Sahibə Qafarova Çinə gedib

Parlament

Bu gün, 14:39

Milli Məclisin sədri Sahibə Qafarova Asiya naminə Boao Forumunda iştirak etmək üçün Çinin Boao şəhərinə işgüzar səfərə gəlib.

Modern.az-a bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verib.

Bildirilib ki, Qionghai Boao beynəlxalq hava limanında Milli Məclisin sədrini Hainan Əyalətinin vitse-qubernatoru Yanq Quigianq, Azərbaycanın Çindəki səfiri  Bünyad Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində spiker Sahibə Qafarovanın Asiya naminə Boao Forumunun rəsmi açılış mərasimində çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.
 

1509088

1509089

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azərbaycanla sərhəd bölgəyə hücum - Ö*lənlər var - Gündəm Masada - Media Turk TV