Modern.az

Deputat İlham Əliyevə məktub yazdı

Deputat İlham Əliyevə məktub yazdı

Parlament

Bu gün, 11:57

Deputat Prezidentə təşəkkür məktubu ünvanlayıb.

Modern.az xəbər verir ki, Milli Məclisinin deputatı Mixail Zabelin Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb.

Məktubda deputat ona göstərilən yüksək etimada görə minnətdarlığını ifadə edərək, 80 illik yubileyi ərəfəsində 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmasını yüksək qiymətləndirib.

M. Zabelin qeyd edib ki, Vətən onun üçün sadəcə anlayış deyil, doğma torpaq, xalq və dövlətçilik deməkdir. O vurğulayıb ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə çətin və şərəfli günlərdən keçib, Qarabağın işğaldan azad edilməsi uğrunda mübarizə apararaq tarixi qələbə qazanıb.

Deputat bildirib ki, 44 günlük Vətən müharibəsində əldə olunan zəfər Azərbaycanda yaşayan bütün xalqların birliyini, iradəsini və dövlətə sədaqətini nümayiş etdirib. Onun sözlərinə görə, milliyyətindən və dinindən asılı olmayaraq, bütün vətəndaşlar ölkənin ərazi bütövlüyünün bərpası uğrunda birləşib.

Məktubda həmçinin qeyd olunub ki, onun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi Prezidentin Azərbaycanda bütün vətəndaşlara bərabər münasibət göstərdiyini bir daha təsdiqləyir.

Sonda Mixail Zabelin Prezident İlham Əliyevə fəaliyyətinə verilən yüksək qiymətə görə təşəkkür edib, dövlət başçısına, ailəsinə və Azərbaycan xalqına uzun ömür, sülh və firavanlıq arzulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin əmr verdi - Azərbaycana hücum edin!