Azərbaycanın sürücülük vəsiqəsi Belarusda da tanınacaq.
Modern.az xəbər verir ki, məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və İnsan hüquqları komitəsinin 6 aprel keçiriləcək birgə iclasında müzakirə olunacaq.
Belə ki, komitə iclasında Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş”in təsdiq edilməsi müzakirə ediləcək.