Modern.az

Xaricdə Azərbaycan vətəndaşlarının hüquqlarını pozanlar məsuliyyətə cəlb olunacaq

Xaricdə Azərbaycan vətəndaşlarının hüquqlarını pozanlar məsuliyyətə cəlb olunacaq

Parlament

Bu gün, 11:54

Xaricdə Azərbaycan vətəndaşlarının hüquqlarını pozan şəxslər bu qanunla məsuliyyətə cəlb olunacaq.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, son dövrlərdə süni intellekt texnologiyalarının mənfi tərəfləri daha çox informasiya texnologiyaları, mədəniyyət və siyasət sahələrində özünü göstərir. Onun sözlərinə görə, bu alətlərdən istifadə edilərək vətəndaşların hüquqları pozulur, ictimai və siyasi proseslər təhrif olunur.

S.Novruzov qeyd edib ki, bəzi hallarda Azərbaycana qarşı məqsədli şəkildə dezinformasiyalar yayılır, süni intellekt vasitəsilə saxta görüntülər hazırlanır və hətta dünyasını dəyişmiş şəxslərin şəkillərindən istifadə olunaraq manipulyasiyalar aparılır.

Deputat vurğulayıb ki, qəbul edilən qanun beynəlxalq hüquqa uyğun şəkildə hazırlanıb və Avropa İttifaqı, eləcə də Avropa Şurasına üzv ölkələrin qanunvericiliyi ilə uzlaşır.

Onun sözlərinə görə, bu, gələcəkdə hüquqi mexanizmlərin tətbiqinə imkan yaradacaq: “Xaricdə yaşayan şəxslər Azərbaycan vətəndaşlarının hüquqlarını pozduqda, həmin ölkələr artıq ‘bizdə belə qanun yoxdur’ deyə bilməyəcək”.

S.Novruzov əlavə edib ki, bu imkanlardan istifadə etməklə həm hüquqların müdafiəsi gücləndirilməli, həm də süni intellektin zərərli təsirlərinin, xüsusilə gənclər və uşaqlar arasında yayılmasının qarşısı alınmalıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin orduya TƏCİLİ əmr verdi - Müharibə dayandırıldı!