Modern.az

Deputat o adamların cərimələnməsini təklif etdi

Deputat o adamların cərimələnməsini təklif etdi

Parlament

Bu gün, 12:25

Deputat süni intellektlə hazırlanan materialları yaradanlara məsuliyyət tətbiqini təklif edib.

Modern.az xəbər verir ki, bu haqda Milli Məclisin iclasında deputat Azay Quliyev danışıb.

O bildirib ki, İnzibati Xətalar Məcəlləsinə təklif olunan 388.3-cü maddə süni intellekt vasitəsilə hazırlanmış materialların nişanlanmadan və bilə-bilə yayılmasına görə məsuliyyət müəyyən edir və bu, şəffaflığın artırılması baxımından müsbət addımdır.

O qeyd edib ki, bu norma vətəndaşlara təqdim olunan kontentin süni intellekt vasitəsilə hazırlanıb-hazırlanmadığını əvvəlcədən bilməyə imkan verir və beləliklə, məlumatın reallığı barədə daha düzgün təsəvvür formalaşır.

Deputat əlavə edib ki, hazırkı maddə yalnız bu cür materialları yayan şəxsləri məsuliyyətə cəlb edir, lakin onları hazırlayan şəxslərlə bağlı məsuliyyət nəzərdə tutulmur.

A.Quliyev bu baxımdan təklif edib ki, süni intellektlə hazırlanmış materialları nişanlama olmadan hazırlayan və yayan şəxslər üçün ayrıca inzibati məsuliyyət müəyyən edilsin.

Onun təklifinə görə, bu cür hallarda fiziki şəxslər 150–300 manat, hüquqi şəxslər isə 500–1000 manat məbləğində cərimə olunmalıdır.

Deputat vurğulayıb ki, məqsəd cərimələri artırmaq deyil, nişanlama mexanizmini məcburi etmək və şəffaflığı təmin etməkdir. O qeyd edib ki, bu yanaşma həm qanunvericiliyin təkmilləşdirilməsinə, həm də süni intellekt texnologiyalarının məsuliyyətli istifadəsinə xidmət edəcək.

Sizə yeni x var
Keçid et
Putin orduya TƏCİLİ əmr verdi - Müharibə dayandırıldı!