Modern.az

Azərbaycana gətirilən narkotikin kökü tapılmalıdır - ÇAĞIRIŞ

Azərbaycana gətirilən narkotikin kökü tapılmalıdır - ÇAĞIRIŞ

Parlament

Bu gün, 12:48

Narkotik asılılığından əziyyət çəkənlərin müalicəsi üçün imkanlar genişləndirilməlidir.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, Azərbaycanda narkotik asılılığından əziyyət çəkənlərin müalicəsi üçün cəmi bir dispanser fəaliyyət göstərir və statistik göstəricilər fonunda bu kifayət etmir: “Xəstələrin sayına baxanda görürük ki, dispanserdə müalicə almaq üçün illərlə növbədə qalmaq lazım gəlir”.

Onun sözlərinə görə, mövcud imkanlar çoxsaylı xəstələrin müalicəsini təmin etməyə yetmir: “Dispansər bu qədər xəstəni vaxtında sağalda bilmir”.

S.Novruzov təklif edib ki, bu sahədə xidmətlərin genişləndirilməsi üçün özəl xəstəxanalara və hospitallara səlahiyyət verilməsi məqsədəuyğun olardı: “Necə ki, onkoloji xəstəliklərin müalicəsində bu praktikadan istifadə olunur, eyni yanaşma burada da tətbiq edilə bilər”.

Deputat narkotiklərin ölkəyə daxil olma mənbələrinə də toxunaraq bildirib ki, əsas problem məhz mənbənin müəyyən edilərək qarşısının alınmamasıdır: “Hər gün xəbərlərdə böyük həcmdə narkotiklərin aşkarlanması barədə məlumatlar verilir. Mənşəyi məlum deyil deyilir, İran vətəndaşlarından tapıldığı qeyd olunur. Amma bu prosesin kökü tapılmalı və mənbə kəsilməlidir. Əks halda, daşınmanın qarşısını almaq mümkün olmayacaq”.

O, layihədə “peşə və vəzifəsinə görə” ifadəsinə də etiraz edib: “Narkoman narkomandır. İstər gömrükdə işləsin, istər fəhlə olsun, fərqi yoxdur. Onun reabilitasiyası üçün müvafiq addımlar atılmalıdır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin orduya TƏCİLİ əmr verdi - Müharibə dayandırıldı!