Modern.az

Deputat “terror təşkilatı” anlayışının genişləndirilməsini təklif edir

Deputat “terror təşkilatı” anlayışının genişləndirilməsini təklif edir

Parlament

Bu gün, 12:58

Deputat “terror təşkilatı” anlayışının genişləndirilməsini təklif edir.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vasif Qafarov deyib.

Deputat bildirib ki, layihədə nəzərdə tutulan “terror təşkilatı yaratma” anlayışı müəyyən hallarda məhdud şərhə səbəb ola bilər. Onun sözlərinə görə, praktikada terrorçuluq fəaliyyəti yalnız bu məqsədlə yaradılmış təşkilatlar tərəfindən deyil, eyni zamanda müxtəlif formal məqsədlərlə fəaliyyət göstərən qurumlar tərəfindən də həyata keçirilə bilər.

V.Qafarov vurğulayıb ki, dini, ictimai, siyasi, xeyriyyə və digər istiqamətlərdə fəaliyyət göstərən təşkilatlar öz əsas məqsədlərindən kənara çıxaraq terrorçuluq fəaliyyəti ilə məşğul ola, onu dəstəkləyə və ya maliyyələşdirə bilərlər. Bu baxımdan qanunvericilikdə yalnız “terror təşkilatı” anlayışı ilə kifayətlənmək düzgün yanaşma deyil.

Deputat təklif edib ki, qanunvericiliyə belə bir dəqiqləşdirmə daxil edilsin: “Terror təşkilatı dedikdə yalnız terror məqsədilə yaradılmış təşkilat deyil, həmçinin formal olaraq başqa məqsədlərlə fəaliyyət göstərməsinə baxmayaraq, terrorçuluq fəaliyyətini həyata keçirən, dəstəkləyən və ya maliyyələşdirən hər hansı təşkilat da nəzərdə tutulur”.

Onun fikrincə, bu yanaşma normanın tətbiq dairəsini genişləndirəcək və hüquqi boşluqların qarşısını alacaq.

Deputat əlavə edib ki, qanunun tətbiqində vahidliyin təmin olunması üçün “terror fəaliyyətində iştirak”, “dəstək” və “maliyyələşdirmə” kimi anlayışlara ayrıca hüquqi izah verilməsi məqsədəuyğundur.

V.Qafarov həmçinin qeyd edib ki, süni intellektdən istifadə etməklə törədilən cinayətlərlə bağlı texniki ekspertiza mexanizmlərinin və rəqəmsal platformaların məsuliyyət çərçivəsi daha konkret müəyyən edilməlidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin orduya TƏCİLİ əmr verdi - Müharibə dayandırıldı!