Modern.az

“Yerevan Madrid prinsiplərindən imtina etsə, Minsk qrupu danışıqlardan çıxacaq”

“Yerevan Madrid prinsiplərindən imtina etsə, Minsk qrupu danışıqlardan çıxacaq”

Qarabağ

16 Sentyabr 2016, 12:41

“Yerevan həm Azərbaycan, həm də Ermənistanın maraqlarına müəyyən mənada cavab verən kompromisə siyasi motivlərə görə hazır deyil”.

 

Modern.az xəbər verir ki, bu barədə MDB ölkələri İnstitutunun direktor müavini, Milli Strategiya Şurasının üzvü Vladimir Jarixin deyib.

 

“Ermənistan hakimiyyəti hazırki mərhələdə güzəştlərə hazır deyil. Onlar hesab edir ki, Qarabağ məsələsində getməli olduqları kifayət qədər ağrılı güzəştləri cəmiyyətə anlada bilməyəcəklər. Lakin Madrid prinsiplərindən imtina danışıqlar prosesinin dondurulması demək olacaq”.

 

Siyasi ekspertin fikrincə, Ermənİstanın Madrid prinsiplərindən imtinası ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasından çıxması ilə nəticələnəcək.

“Həmsədr ölkələr Madrid prinsiplərinin hazırlanmasına kifayət qədər vaxt sərf ediblər və indi Ermənistanın bu prinsiplərindən imtina etməsi fonunda danışıqlardan çıxaraq, prosesi Bakı və Yereavının öhdəsinə buraxa bilər”.

 

 

Vüqar İSMAYILOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat