Modern.az

Hərbi qulluqçumuz şəhid oldu

Hərbi qulluqçumuz şəhid oldu

12 Fevral 2017, 12:24

Fevralın 11-i axşam saatlarında Dağlıq Qarabağda ermənilər tərəfindən mövqelərimizin atəşə tutulmasının qarşısı alınarkən atışmada Silahlı Qüvvələrimizin hərbi qulluqçusu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Qafarov Fuad Fərhad oğlu şəhid olub.

 

Bu barədə Modern.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə