Modern.az

Rusiya sülhməramlıları Xudavəngdə iki post qurur

Rusiya sülhməramlıları Xudavəngdə iki post qurur

16 Noyabr 2020, 20:34

“Xudavəngdə sülhməramlıların iki postu yerləşdiriləcək – biri ərazinin girişində, digəri isə monastrın özündə”.

 

Modern.az xəbər verir ki, bunu Rusiya sülhməramlılarının baş leytenantı Oleq Kovalenko deyib.

 

O bildirib ki, hazırda sülhməramlılar noyabrın 25-də ermənilərin Kəlbəcəri tərk etmələri haqda razılaşmanın qüvvəyə minməsinə hazırlaşırlar və bu gündən etibarən müşahidə postlarının təchizatına başlanılır. Noyabrın 25-dən sonra isə sistemli işlər aparılacaq.

 

Qeyd edək ki, Xudavəng Kəlbəcər rayonu ərazisində yerləşən qədim monastrdır və Azərbaycanın xristian memarlığının ən iri və ən gözəl abidələrindən biridir.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi