Modern.az

Amerikalı bloger Ağdamdakı erməni vəhşiliyindən danışdı: \"Dəhşətlidir\"

Amerikalı bloger Ağdamdakı erməni vəhşiliyindən danışdı: \

30 May 2021, 13:51

“Ağdamda şəhərindəki dağıntını görmək mənə çox dəhşətli hisslər yaşadır”.

 

Modern.az-ın məlumatına görə, bunu bu gün "Show Me Azərbaijan" layihəsi çərçivəsində Ağdamda səfərdə olan ABŞ-dan olan bloger və yotuber Dak Barner bildirib.

 

D. Barner deyib ki, ona Ermənistanın işğalı dövründə Ağdam şəhər Cümə məscidində heyvan saxlanıldığı barədə məlumat verilib: “Bu, çox məyusedicidir. Biz məsciddə yenidənqurma və bərpa işlərinin aparılacağına dair məlumatlarla da tanış olduq”.

 

Bloger qeyd edib ki, Ağdam şəhərində artıq yenidənqurma işlərinə başlanılması çox sevindirici haldır.

 
 
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi