Modern.az

“Azəriqaz”: Xankəndi qazla təmin olunur

“Azəriqaz”: Xankəndi qazla təmin olunur

Qarabağ

1 Aprel 2022, 11:45

Xankəndi şəhərinə gedən qaz xətti üzərində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təmir-bərpa işləri aparılıb.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ”Azəriqaz” İstehsalat Birliyinin Yeni Qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyasında deyib.

 

Onun sözlərinə görə, hazırda Xankəndi şəhəri təbii qazla təmin olunur.

 

"Növbəti mərhələlərdə bütün ərazilərdə qaz infrastrukturu Azərbaycan dövləti tərəfindən daha ideal formada, müasir tələblərə cavab verməklə tam şəkildə yenidən qurulacaq. Həmin ərazilərdə çəkiləcək infrastrukturdan Azərbaycan vətəndaşları yararlana biləcəklər”, - deyə qurum rəsmisi bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə polisimizə qumbara atıldı - YARALANANLAR VAR