Modern.az

Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmə nə vaxt veriləcək?

Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmə nə vaxt veriləcək?

Qarabağ

11 Aprel 2022, 11:21

"Birinci Qarabağ müharibəsi əlillərinə, həmçinin vəfat edənlərin ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi ilə bağlı sosial proqramın icrası üçün hazırlıq işləri aparılır".

 

Modern.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bu gün keçirilən brifinqdə bildirib.

 

A.Əliyev qeyd edib ki, ölkə başçısının müvafiq fərmanı ilə 1997-ci il avqustun 2-dək ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralanaraq əlilliyi müəyyən edilən şəxslərə, həmçinin vəfat edənlərin ailə üzvlərinə də yaxın vaxtlarda birdəfəlik ödəmə verilməsinə başlanacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Netanyahu həddini aşdı: Ərdoğana ağır sözlər dedi