Modern.az

Sos kəndində yaşayışa yararlı evlərin sayı AÇIQLANDI

Sos kəndində yaşayışa yararlı evlərin sayı AÇIQLANDI

Qarabağ

15 Sentyabr 2025, 14:56

2023-cü ildə Silahlı Qüvvələrimizin uğurla həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatı nəticəsində Azərbaycanın nəzarətinə qovuşan Sos kəndində də həyat yenidən canlanır, kənd sürətlə bərpa olunur.

Modern.az xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi AZƏRTAC-a bildirib.

Qurum rəsmisi bildirib ki, kənddə mövcud elektrik və qaz xətləri, subartezian quyuları bərpa olunub, 2 transformator quraşdırılıb, sayğaclaşdırma prosesinə başlanılıb, 3 su anbarı təmir edilib, təqribən 5 kilometr uzunluğunda təbii qaz xətti çəkilib. Sos kəndində 259 mövcud fərdi evin 70-i yararsız, 189-u isə qismən yararlıdır. Hazırda 10 ev istismara hazırdır. İlin sonunadək daha 75 ev istismara hazır olacaq. 2026-cı ildə isə 104 evin bərpası nəzərdə tutulur. İndiyədək 10 ailə olmaqla 46 nəfər kəndə qayıdıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi