Modern.az

Ağdərə və Xocalıda 490 fərdi ev təmir olunacaq

Ağdərə və Xocalıda 490 fərdi ev təmir olunacaq

Qarabağ

8 Oktyabr 2025, 11:32

Azərbaycanına azad edilmiş ərazilərində bərpa-quruculuq, yenidənqurma işləri davam etdirilməkdədir.

Modern.az-ın məlumatına görə, bu işlərin davamı kimi Ağdərə və Xocalıda 490 fərdi yaşayış evi təmir olunacaq.

Belə ki, Ağdərə rayonunun Çıldıran, Vəngli, Aşağı Oratağ, Heyvalı kəndlərində 184 fərdi yaşayış evi, Xocalı rayonunun isə Mehdibəyli, Pirlər, Daşbulaq, Badara, Xanabad, Seyidbəyli kəndlərində 306 fərdi yaşayış evinin cari təmirinin layihələndirilməsi işləri həyata keçiriləcək.

Məlumata əsasən, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.

Qurum sözügedən işlərin icrasını "Promor" və “Monotech AZ” Məhdud Məsuliyyətli Cəmiyyətlərinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, fərdi yaşayış evlərinin təmirinin layihələndirilməsi üzrə MMC-lərə ümumilikdə 448,9 min manat ödənilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan DƏHŞƏTLİ HÜCUM - Rus ordusu xeyli itki verdi